Ermənilər Romada Kəlbəcərdəki məbədimiz haqda saxta kitab təqdim etdi - FOTO

10:19 29.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İtaliya paytaxtında "erməni monastırı" kimi təqdim edilən Kəlbəcər rayonundakı  Xudavəng məbədi haqqında saxta "fakt"larla dolu qondarma kitabın təqdimatı olub.

Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  tədbir Ermənistanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə  keçirilib.

“Dadi monastırı – Dadivank”  adlı üzdəniraq kitab  “monastırın freskalarının bərpasına həsr olunub”.

"Həm də albom olan kitabı ictimaiyyətə erməni əsilli məşhur italyan yazıçısı Antonia Arslan təqdim edib".

Səfirliyin mətbuat xidməti xəbər verir ki, tədbir martın 27-də Romadakı San Nikola da Tolentino (Müqəddəs Nikolay) kilsəsində baş verib.

"Kitabın təqdimatı Ermənistan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib"- xəbərdə belə deyilir.