“Ermənistan bir neçə gündən sonra YOX OLACAQ” – Ermənilər qorxu içində

15:25 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın mövcud olmasına sayılı günlər qalıb. Hafta.az bildirir ki, bunu erməni sosioloq Armine Adibekyan deyir.

"Deyərdim ki, bizi müharibə gözləyir, amma müharibə hər iki tərəfin bir-birinə qarşı vuruşmasıdır. Biz qırğın və işğal gözləyirik. Çünki erməni tərəfdən müqavimət olmayacaq. Cəmi bir neçə gün qalıb”, o, çərşənbə günü mətbuat konfransında deyib.

Adibekyan diqqətə çatdırıb ki, ictimaiyyət hansısa stupordadır və heç nə olmayacağını düşünür.

"Bu ona görə baş verəcək ki, Ermənistan dörd tərəfdən Azərbaycan qoşunları və texnikası ilə əhatə olunub və təbii ki, bütün bunlar boş yerə deyil. Bu o deməkdir ki, plan, proqram var və vaxt gələcək ki, bu planlar və proqramlar həyata keçirilməlidir”, - deyə o bildirib.

O, qeyd edib ki, 44 günlük müharibədən sonra “Ermənistan işlənmiş patron belə almayıb”.

"Ermənistan ciddi hərbi təlimlər keçirməyib, təchiz etməyib və heç bir istehkam yaratmayıb. Mən təsəvvür edə bilmirəm ki, Azərbaycanı Naxçıvanla birləşdirmək proqramı neçə dəqiqə çəkə bilər, biz bütün imkanlarımızı itirəcəyik", o deyib.