“Ermənistanın London görüşü ərəfəsində Kəlbəcər istiqamətindən atəşkəsi pozması Avropa və Qərb sifarişçilərinin diqtəsi ilə baş verir. Regionda gərginliyin yaranmasında maraqlı olan qruplar Ermənistana satdıqları, yaxud hədiyyə etdikləri silahları sınaqdan keçirir, tərəfləri sülh danışıqlarından yayındırmağa çalışırlar”.
Bunu hafta.az-a hərbi ekspert Emin Həsənli bildirib. Ekspert qeyd edib ki, Ermənistan heç bir zaman oz üzərinə düşən öhdəliyi yerinə yetirmir.
Onun sözlərinə görə, istər çar Rusiyası dönəmində, istərsə də sonraki illərdə müəyyən öhdəliklər əsasında Ermənistana 10 min kv km ərəzi verilmişdi. Lakin Ermənistan nə sovet, nə də indiki dönəmdə heç bir öhdəliyi yerinə yetirmir.
“Ermənistanın Böyük Britaniyada görüşdən imtinasının məqsədi sülh danışqlarına xələl gətirməkdir. Ermənistan ABŞ, Fransa kimi dövlətlərdən asılıdır. Ona görə də ya müstəqil qərar verə bilmir, yaxud regionda sülhün bərqərar olmasını istəmirlər. Buna görə də bu cür təxribatlari törədirlər.
Çünki London görüşündə son qərarını verməli, konstitusiyasını dəyişməli, vurduqları zərərə görə təzminat ödəməli, törətdiyi cinayətə görə Sarkisiyan, Ohonyan kimi cinayətkar qrupu Azərbaycana təhvil verməlidir. Ermənistan bu öhdəliklərini yerinə yetirmək istəmir, yenə də xülya görürlər. Bu sonsuza qədər davam edə bilməz. Ya öhdəlikləri yerinə yetirməlidilər, ya da ki, hardan gəliblər ora getməlidirlər”.