Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter aşkar edilib

16:42 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.

Oxunma sayı 72