Ermənistana bir hərbçisinin meyiti təhvil verilib

23:27 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan 44 günlük müharibədə ölmüş daha 1 erməni hərbçinin qalıqlarını qarşı tərəfə verib.

Hafta.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, meyit oktyabrın 18-də Şuşada verilib.

Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1686 erməni hərbçisinin meyiti və cəsədinin qalıqları tapılıb.

Oxunma sayı 28