Ermənistanda COVID-19-dan ölənlərin sayı 8 568 nəfərə çatıb

12:03 11.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 128 yeni yoluxma qeydə alınıb.

Hafta.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 421 842-yə çatıb.

Son sutka ərzində infeksiyadan 5 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 8 568 nəfərə yüksəlib.