Yazını böyüt
Yazını kiçilt
Ermənistanda son sutka ərzində 506 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 184 219 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə həm də 12 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3 360-a yüksəlib.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 860 nəfərdir.
Hazırda Ermənistanda 11 278 aktiv koronavirus xəstəsi var.