Ermənistanda koronavirusdan daha 18 nəfər öldü

12:29 26.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində daha 1005 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 188 446 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə həm də 18 nəfər ölüb bu infeksiyadan həyatını itirənlərin sayı 3434-ə yüksəlib.