Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

11:49 14.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada 145 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

 

Hafta.az-ın "Sputnik Armenia"ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

 

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 167-yə çatıb.

 

Son sutka ərzində koronavirusdan daha 1 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 3141-ə çatıb.