Ermənistanda meşəlik sahədə 24 yaşlı rusiyalı qadının meyiti tapıldı...

20:17 15.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İyunun 15-də Dilican-İrəvan yolunun yaxınlığındakı meşədə 24 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb.

Hafta.az xəbər verir ki,  bu haqda Shamshyan.com məlumat yayıb.

Nəşrin məlumatına görə, cəsəd çılpaq və zorakılıq izləri ilə olub. Meyit iyunun 4-də Ermənistana gələn 24 yaşlı Rusiya vətəndaşına məxsusdur. Mərhumun anası iki gün qızı ilə əlaqə yarada bilməyib, bundan sonra polisə müraciət edib. Axtarışlar İrəvan və Tavuş vilayətində kinoloqların köməyi ilə aparılıb.

Hadisə yerində istintaq qrupu və məhkəmə-tibb eksperti işləyir. Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaq davam edir.