Ermənistanda partiyalar arasında səslərin ilkin bölgüsü

09:00 08.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyası Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Hafta.az yazır ki, hazırda 533 seçki məntəqəsindən səslərin sayımı yekunlaşdırılıb.

Armenpress-in məlumatına görə, dərc olunmuş nəticələrə əsasən, səslər aşağıdakı kimi paylanıb: İslahatçı Partiya 248 səs - 0,10 faiz, "Hamıya qarşı" Demokrat Partiyası 3219 səs - 1,32 faiz, Güclü Ermənistan Bloku 56,823 səs - 23,34 faiz, Ermənistanın Meritokratik Partiyası 4392 səs - 1,80 faiz, İslahatçı Partiya "Yeni Qüvvə" 3625 səs - 1,49 faiz, Birlik Qanadları Partiyası 5466 səs - 2,25 faiz, Çiçəklənən Ermənistan Partiyası 9960 səs - 4,09 faiz, Pan-Ermənistan Milli Demokrat Qütb Partiyası 824 səs - 0,34 faiz, KOÇARİ: Milli Dirçəliş və Millətin Oyanışı 337 səs - 0,14 faiz, Ermənistan Milli Konqres Partiyası 481 səs – 0,20 faiz, Respublika Partiyası 2206 səs – 0,91 faiz, Xristian Demokrat Partiyası 406 səs – 0,17 faiz, Demokratik Konsolidasiya Partiyası 749 səs – 0,31 faiz, Demokratiya, Hüquq, İntizam Partiyası 4321 səs – 1,77 faiz, Vətəndaş Müqaviləsi Partiyası 124471 səs – 51,13 faiz, Ermənistan Bloku 23763 səs - 9.76 faiz, Respublika Partiyası üçün Demokratiyanın Müdafiəçiləri Bloku 996 səs – 0,41 faiz, Parlaq Ermənistan Partiyası 1121 səs – 0, 46 faiz.