Yazını böyüt
Yazını kiçilt
Fransanın futbol üzrə millisinin kapitanı, Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe milli komanda ilə məşqini vaxtından əvvəl başa vurub və meydanı tək tərk edib.
Hafta.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Miki Junior özünün X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Mənbənin məlumatına görə, Mbappe zədə səbəbindən məşq sessiyasını tamamlaya bilməyib. Təfərrüatlar açıqlanmır, lakin iyunun 8-də Fransa millisini 2026-cı il dünya çempionatından əvvəl Şimali İrlandiya ilə son yoldaşlıq oyunu gözləyir və bu görüşdə fransalı futbolçuya istirahət verilə bilər.
Fransa millisi qrup mərhələsində Seneqal, Norveç və İraqla qarşılaşacaq. Fransa komandası turnirdəki ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.Axar.az