U-21 millisi Bəhreynə qalib gəlib

20:59 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi yoldaşlıq oyunu keçirib.

Hafta.az xəbər verir ki, Rəşad Eyubovun başçılıq etdiyi komanda Bəhreynlə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını iyunun 9-da Qırğızıstan millisinə qarşı keçirəcək.