Göygöldə torpaq sürüşməsi olub

20:18 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunun Aşıqlı kəndi ərazisində baş verən qismi torpaq sürüşməsi ilə bağlı tədbir görülüb.

Hafta.az xəbər verir ki, yolun hərəkət hissəsinə sürüşən torpaq qatı aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənib.

Avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib.

 ***

Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.

Hafta.az xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.

Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.

Hazırda bu istiqamətdə tədbirlər görülür./report/