3x3 millimiz dünya çempionatının yarımfinalında

22:53 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının 1/4 finalında Almaniya seçməsinə qarşı oyuna çıxıb.

Hafta.az bildirir ki, qızlarımız görüşün əvvəllərində hesabda geridə olsalar da, daha sonra Brianna Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, millimiz yarımfinalda ABŞ-la qarşılaşacaq. Digər yarımfinalda Niderland və Avstraliya üz-üzə gələcəklər.

Yarımfinal və final oyunları 7 iyunda baş tutacaq.