Bakıda təhsil sərgisi keçiriləcək

15:05 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi bu ilin oktyabrın 10-11-də Bakıda "Avropada Təhsil" sərgisi keçirəcək.

Hafta.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində keçirilən "Aİ Gənclər Müsabiqəsi"ndə deyib.

"Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir", - o bildirib.