Xəbər verildiyi kimi, bu gün Rusiya Federasiyasında prezident seçkilərinin sonuncu günüdür. Müxalifət siyasi lider Aleksey Navalnının türmədəki ölümündən əvvəl etdiyi çağırışa uyğun olaraq Putinə qarşı aksiya keçirməyi təklif edib: “Günorta Putinə qarşı”. Qeyd edək ki, bu, Navalnının təklif etdiyi sonuncu siyasi aksiyadır. Aksiya çərçivəsində müxalifət ölkənin hər yerində Rusiya vətəndaşlarını seçkilərin son günü, bazar günü saat 12-də səs verməyə çağırılıb. Kampaniya iştirakçıları hazırkı prezidentin əleyhinə səs vermək və ya bülletenləri etibarsız etmək üçün toplaşaraq, Rusiyada hazırkı prezidentin siyasətinin əleyhdarlarının olduğunu və onların təhlükəsiz şəkildə bir yerə toplaşa bildiklərini göstərirlər.
Hafta.az xəbər verir ki, bu haqda yazan Ermənistan nəşri “Hraparak” bildirir ki, bu gün günorta saatlarında İrəvanda - Rusiyanın Ermənistandakı səfirliyi qarşısında aksiyada iştirak etmək istəyən, müxalif fikirlərini bildirən Rusiya vətəndaşlarından böyük növbə yaranıb. Məlumata görə, Rusiya səfirliyinin qarşısında yaranan növbə səfirlikdən “Qələbə” körpüsünə qədər uzanıb.
Nəşr bildirir ki, Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü şəhərindəki seçki məntəqəsinin önündə də Putin rejiminə müxalif düşüncəli Rusiya vətəndaşları “Günorta Putinə qarşı” kampaniyasını təşkil ediblər.
Əlavə edilir ki, Gürcüstanda Rusiya səfirliyi olmadığından aksiyada iştirak etmək üçün hətta Rusiya vətəndaşları da eyni kampaniyaya qoşulmaq üçün Gürcüstandan Ermənistana gəliblər.
Daha ətraflı videoda: