Ermənistanın törətdiyi soyqırımını PİSLƏYİRİK - XİN

09:55 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 32-ci ildöümü ilə bağlı paylaşım edib.

 

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

 

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.

O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.