Yazını böyüt
Yazını kiçilt
Ermənistanla sərhəddə itkin düşən İsmayıl Adırın meyiti İğdırda tapılıb.
Hafta.az xəbər verir ki, bu haqda Türkiyənin “Guven” qəzeti məlumat yayıb.
28 yaşlı gəncin meyiti Araz çayının İqdır və Ermənistan sərhədinə yaxın ərazidən keçən hissəsində tapılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, aprelin 14-ə keçən gecə saatlarında Türkiyə-Ermənistan sərhədinin İğdır hissəsində sərhədi qanunsuz keçməyə cəhd edən 4 gəncdən birinin- 28 yaşlı İsmayıl Adırın yoxa çıxması haqda xəbər yayılmışdı.