Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb

10:24 09.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun cari il oktyabrın 5-də ölüm faktı əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib.

Hərbi Prokurorluqdan Hafta.az-a verilən məlumata görə, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.