Finlandiyadan sonra daha bir Avropa İttifaqının üzvü və Rusiyanın qonşusu olan Estoniya sərhədlərini tamamilə bağlayır.
Hafta.az-ın yadığına görə, Estoniya Polis Departamenti yaxın vaxtlarda Rusiya-Estoniya sərhədinin bağlanma ehtimalı ilə bağlı ruslara xəbərdarlıq edib. Xüsusilə iki ölkə arasında qurudan keçidlər üçün istifadə edilən Narva sərhəd qapısında bu cür xəbərdarlıqların olduğu vərəqələr ruslara paylanır.
Estoniya Polis Departamentinin press-relizində bildirilib ki, sərhəd “immiqrasiya təzyiqi” səbəbindən bağlana bilər.
“Son həftələr Rusiya Avropa İttifaqına qanuni şəkildə daxil olmaq hüququ verilməyən bir qrup əcnəbini Estoniya sərhədinə qəsdən göndərib”, - məlumatda deyilir.
Estoniya rəsmiləri xəbərdarlıq edib ki, bu fəaliyyət davam edərsə onlar Finlandiyada olduğu kimi sərhədi bağlamalı olacaqlar.
2023-cü il noyabrın ortalarında Finlandiya hakimiyyəti Rusiya sərhədində keçid məntəqələrinin fəaliyyətini məhdudlaşdırmağa başladı. İlin sonuna kimi bütün sərhəd-keçid məntəqələri bağlanıb. Finlandiya hökuməti Rusiya ərazisindən ölkəyə daxil olan çox sayda qeyri-qanuni mühacirlə bağlı belə tədbirləri elan edib.