İspaniyanın Milli Məhkəmə Kollegiyası baskların ETA terror qruplaşmasının liderlərindən biri Soledad İparragirre Genecheanı 425 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə bazar ertəsi hüquq orqanının yaydığı press-relizdə deyilir.
Qadın, xüsusən də 20 adam öldürməyə cəhdə görə bu həbs cəzasını alıb. ETA-nın keçmiş lideri 1985-ci ilin mayında futbol matçı ərəfəsində Vitoriyada maşınlardan birinə bomba qoyulduğu zaman hücum təşkil etmək cəhdində iştirak etmişdi. Aparat hüquq-mühafizə orqanlarının əməkdaşlarının səyi nəticəsində işə düşməyib.
Məhkəmədə göstərildiyi kimi, müttəhimin 1985-ci ildə “baqajında partlayıcı qurğu quraşdırılmış avtomobili” idarə etdiyi sübuta yetirilib. Avtomobil idman günlərində polis furqonlarının olduğu yerdə saxlanılıb.