Evdən oğurluq edən dəstə saxlanıldı

13:42 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləcəridə evdən oğurluq edən dəstə saxlanıldı.

Hafta.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.

 

Araşdırma aparılır.