Evi yararsız vəziyyətə düşən ailəyə çadır quruldu

15:59 11.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Tel kənd sakini Naibə İsayevaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a FHN-in Mətbuat ximətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Tel kənd sakini N.İsayeva üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.