Evin həyətində meyiti TAPILDI

21:16 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda evin həyətində kişi meyiti tapılıb.  

Hafta.az xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb. 

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Onun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.