Facebook 500 milyard dollar itirdi

21:49 24.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar şəxslərin məlumat gizliliyi ilə əlaqədar problemlər yaşayan və adını Meta olaraq dəyişdirən Facebook, istifadəçilərini itirməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, Meta-nın səhmləri, sosial media şirkətinin gündəlik istifadəçi sayındakı düşüş və növbəti rüb gəlir artımında yavaşlama gözləntisi barədə açıqlama veriləndən sonra 20 faiz ucuzlaşıb. Məlumata əsasən, Facebook ad dəyişdirməsi ilə birlikdə 500 milyard dollar ziyana düşüb.

Sahib olduğu dəyərlə dünyanın ən böyük altıncı şirkəti olmuş Facebook (Meta), hissələri ucuzlaşandan sonra iri şirkətlərin siyahısında beş pillə geriləyərək 11-ci sırada qərarlaşıb.