"Azərişıq" ASC Bakı şəhərinin Xəzər, Binəqədi və Sabunçu rayonlarında elektrik təchizatının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlayır.
Hafta.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 2 milyon 921 min manat təşkil edir.
Layihə çərçivəsində həmin rayonlarda paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq. İşlərin əsas məqsədi elektrik şəbəkəsində yaranan gərginlik düşmələrinin aradan qaldırılması və əhalinin getdikcə artan enerji tələbatının etibarlı şəkildə qarşılanmasıdır.
Nəticədə elektrik enerjisinin daha sabit ötürülməsi təmin ediləcək. Eyni zamanda, şəbəkədə baş verən nasazlıqların və enerji itkilərinin azalacağı gözlənilir.
Bundan əlavə, yeni yaşayış məntəqələri və digər obyektlərin elektrik şəbəkəsinə qoşulması üçün də əlavə imkanlar yaradılacaq. /Baku.ws