Ukraynaya müdaxiləsi ilə dünyanın hər yerindən Rusiyaya qarşı sanksiyalar davam edir. Dünyada bir çox iri şirkətlər ölkəni tərk edərkən, hökumətlər ağır iqtisadi tədbirlərlə Rusiyanı çökdürməyə çalışırlar. Facebook və Instagram isə yeni qərar qəbul edərək Rusiya ilə mübarizəyə tamamilə fərqli cəbhə açıb və qərar bu günə kimi görünməmiş bir addım kimi dəyərləndirilir.
Hafta.az xəbər verir ki, Rusiyanın insanlığa qarşı cinayətləri ilə bağlı ən diqqət çəkən qərarlardan biri də sosial media nəhəngi Facebook-dan gəlib. İnstaqramın da sahibi olan şirkət bir müddət də olsa bu iki platformada Rusiyaya qarşı nifrət ifadələri yayımlamağa razılıq verib.
Normal şəraitdə sosial media platformaları müəyyən bir irqə, qrupa və ya ölkənin insanlarına yönəlmiş ayrı-seçkilik xarakterli yazıları məhdudlaşdırır və silir, səhm sahiblərinin hesablarını qadağan edir. Bu platformaların başında Twitter, Facebook, Instagram kimi dünyada ən çox istifadə olunan platformalar dayanır.
Facebook illərdir davam etdirdiyi bu siyasəti müvəqqəti olaraq dayandırmaq və Rusiyaya qarşı nifrət dolu yazıları yayımlamaq qərarına gəlib. Qərara əsasən, Facebook və İnstaqramda “rus işğalçılarına ölüm” kimi sözlərin paylaşılması bundan sonra platformalar tərəfindən bloklanmayacaq. Lakin bu diskursların mülki insanlara yönəldilməsi hələ də qadağan olaraq qalacaq.
Facebook və Instagram-ın sahibi olan və bir neçə ay əvvəl 'Meta' adını alan şirkətin bu qərarı dərhal böyük müzakirələrə səbəb olub.
Şirkətin bəyanatında aşağıdakılar yer alıb:
“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində biz müvəqqəti olaraq bizim qaydalarımıza zidd olan “Rusiya işğalçılarına ölüm” kimi siyasi bəyanatlar yayırıq. Bununla belə, biz Rusiyanın mülki əhalisinə qarşı zorakılıq çağırışları qadağan etməyə davam edəcəyik”.
Xəbər agentliklərinin məlumatına görə, bu yeni qərar Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynanı əhatə edir. Bu məlumatın məzmun menecerlərinə göndərilən elektron məktublardan əldə edildiyi bildirilir.
Meta şirkəti hələlik bu coğrafi sərhədlərin daha hansı ölkələri əhatə edəcəyini açıqlamayıb və bu mövzuda sualları cavabsız qoyub.