Fəhlə faciəli şəkildə ÖLDÜ

15:12 08.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb.

İlkin məlumata əsasən, orada çalışan 27 yaşlı İ.Hüseynov tikilidən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.