Fərid Əsgərova general-mayor rütbəsi verildi

15:28 01.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Fərid Əsgərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Hafta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu barədə Azərbaycan Karate Federasiyası da məlumat yayıb: “Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə layiq görülməsi münasibətilə onu təbrik edir, bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.