Ferma ərazisində yanğın olub

19:55 08.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunun Səmədabad kəndində ferma ərazisində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.