FHN ağacəkmə aksiyası keçirib

15:13 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin (DYNİ) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçvəsində ağacəkmə aksiyası keçirilib.

FHN-dən hafta.az-a verilən məlumata görə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin ərazisində keçirilmiş aksiyada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, FHN DYNX Muğan regional DYNİ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Seymur Əliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, eyni zamanda FHN-in və rayonda fəaliyyət göstərən digər yerli idarə va təşkilatların əməkdaşları iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada 100-dən artıq müxtəlif növ ağac əkilib.

Oxunma sayı 65