FHN Bakıda Biznes Mərkəzində təlim keçirəcək

12:05 17.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93 ünvanında yerləşən BEGOC Biznes Mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 17 noyabr 2023-cü il, saat 10:15 radələrində yanğın-taktiki təlim keçirəcək.

Hafta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

 

Məlumata görə, təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.