FHN-in bir qrup əməkdaşı “Xarıbülbül” zirvəsinə yürüş edib

14:32 07.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı 8 Noyabr – Zəfər Günü münasibətilə “Xarıbülbül” zirvəsinə yürüş edib.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, dəniz səviyyəsindən 2 min 783 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Xarıbülbül” zirvəsinə qalxan əməkdaşlar burada Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər FHN-nin rəmzi olan bayrağı dalğalandıraraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.