FHN Sumqayıtda yaşayış binasında təhlükəli vəziyyəti aradan qaldırıb

15:42 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində səkkizmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hafta.az Nazirliyə istinadən bildirir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində asılı vəziyyətdə qalan dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.