Ayı, şir, meymun, ilan və pələng kimi bir çox heyvanla bağlı xəbərlərlə tez-tez gündəmə gələn ABŞ-ın Florida ştatını "vəhşi heyvanlar" qorxusu bürüdü.
Hafta.az-ın “Mirror”a istinadən yazdığına görə, Svauanni bölgəsində iki nəfəri xəstəxanalıq edən "heyvan"ın küçə pişiyi olduğu üzə çıxıb.
Suvanni County Şerif Ofisi, iki ayrı vəziyyətdə küçədə gəzən bir pişiyin hücumuna məruz qaldığını açıqlayıb: “Hər iki vətəndaş o qədər ağır xəsarət alıb ki, xəstəxanada müalicə olunmalı olublar”. Səlahiyyətlilər qəzəbli pişiyi tutmaq üçün əraziyə bəzi tələlər yerləşdiriblər. Lakin pişik hələ də tutulmayıb.
Şerif idarəsinin heyvanlara nəzarət bölməsi əhaliyə “quduzluq əlamətləri göstərən küçə pişiklərindən və digər heyvanlardan ehtiyatlı olmağı” tövsiyə edib.
Şerif Sem Con bildirib ki, o, quduzluq xəbərdarlığı etməyib, çünki pişiyi tutmaq mümkün olmayıb və onun quduz olub-olmadığını bilmir.
Adı açıqlanmayan bir polis məmuru Guardian-a bildirib ki, pişiyi yaxın günlərdə tutacaqlarına ümid edirlər, lakin ictimaiyyət “çox diqqətli olmalıdır”.
Sosial media istifadəçiləri pişiyin ölçüsü və ya rəngi kimi məlumatların paylaşılmamasına reaksiya verib.