Fransada gəncin ölümünə etiraz edən 667-dən çox şəxs saxlanılıb

10:13 30.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Parisin Nanter şəhərətrafı qəsəbəsində yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan haqlı etirazlar zamanı 667-dən çox adam saxlanılıb.

Trend xəbər verir ki, bu barədə BFM telekanalı Fransanın daxili işlər naziri Jerald Darmanenə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təkcə İl-de-Frans bölgəsində 242 nəfər saxlanılıb.

Nanterdə isə vəziyyət gərgin olaraq qalır, qarşıdurmalar davam edir. Daha əvvəl 328 nəfərin həbs edildiyi bildirilirdi.