Fransanın “Liberation” jurnalı Ramazan ayında Qəzzada aclıq çəkən ailələr haqqında irqçi karikatura dərc edib.
Hafta.az xəbər verir ki, bu haqda “TRTWorld” məlumat yayıb.
Karikaturada aclıqdan dili ağzından çıxan fələstinli qadın uşağın yanında oturub. Qəzəbli ər isə eyni aclıq vəziyyətində ağzında sümük olan siçovulların arxasınca qaçır. Lakin qadın gün batımı azanına və iftar vaxtı, Ramazan yeməyinə qədər kişiyə bunu etməyə icazə vermir.

“Liberation” jurnalının redaktoru əvvəllər İsrail rejiminin hərbi kəşfiyyat bölməsində çalışmış Dov Alfondur. Sahibi isə Fransada yaşayan israilli milyarder Patrik Derhidir.
Sosial şəbəkə istifadəçiləri karikaturanı Fransada islamafobiyaya dəlil kimi qiymətləndirib, digərləri isə Qərbi ikili standartlar tətbiq etməkdə ittiham ediblər.