Fransız müəllimin qətli ilə bağlı 6 uşaq mühakimə olunacaq

10:05 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən məhkəmə mənbəsi 2020-ci ildə radikal islamçı tərəfindən müəllim Samuel Patinin qətlindən sonra açılan işdə təqsirləndirilən 6 məktəblinin 27 noyabr - 8 dekabr tarixləri arasında Parisdə yetkinlik yaşına çatmayanlar məhkəməsində mühakimə olunacağını açıqlayıb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, dinləmələr bağlı qapılar arxasında keçiriləcək.

Şübhəlilərdən 5-i ağır zorakılıq aktları törətmək üçün sui-qəsd ittihamı ilə mühakimə olunur. Onlar həmçinin pul müqabilində qətl sifariş etməkdə ittihamlanırlar.

Hadisələr zamanı 13 yaşı olan altıncı yeniyetmə Samuel Patinin əslində iştirak etmədiyi mühazirələrinin məzmunu haqqında yalan danışdığını etiraf etdikdən sonra böhtana görə mühakimə olunacaq.

16 oktyabr 2020-ci ildə 47 yaşlı tarix və coğrafiya müəllimi, çeçen əsilli Rusiya vətəndaşı Abdullah Anzorov tərəfindən Konflans-Sent-Honorine (Paris ətrafı) məktəbinin yaxınlığında bıçaqlanıb, sonra isə başı kəsilib və hadisə zamanı qatil polis tərəfindən güllələnib.

İstintaqda aralarında şagirdlərin də olduğu ümumilikdə 15 nəfər saxlanılıb.

Polis şübhəlilərin evlərində 40-a yaxın reyd keçirib.

Oxunma sayı 198