Gədəbəydə dağlıq ərazidə yanğın baş verib

20:29 23.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Hafta.az-a bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.