Gələn il Ukraynada 7,8 milyon insanın yardıma ehtiyacı olacaq

10:20 20.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukrayna nümayəndəsi Jarno Habiçt, 2024-cü ildə Ukraynada 7,8 milyon insanın humanitar dəstəyə ehtiyacı olacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, müharibənin ikinci qış dövrünə qədəm qoyduğunu qeyd edən Habiçt, soyuq və uzun bir mövsümün olacağını, bunun da xalqın sağlamlığına təsir göstərəcəyini bildirib.

Ukraynada xəstəlik yükünün artmasına diqqət çəkən Habiçt, "Müharibə bu gün bitsə belə, bütün Ukraynada milyonlarla insanın sağlamlıq ehtiyacları artacaq" deyib. Ukraynadakı humanitar ehtiyacların 2024-cü ildə də eyni şəkildə davam edəcəyini proqnozlaşdırdıqlarını deyən Habiçt, xüsusilə ölkənin şərqində və cənubundakı ehtiyaclara daha çox diqqət yetirilməsi lazım olduğunu bildirib.

Habiçt, "Səhiyyə partnyorlarımızla 2024-cü ildə 7,8 milyon insanın humanitar dəstəyə ehtiyacı olacağını qiymətləndiririk. Humanitar bir aktyor olaraq 3,8 milyon insana çatmağı hədəfləyirik. 2022-ci ilin fevral ayından bu yana Ukraynada səhiyyə xidmətlərinə 1400-dən çox hücumu sənədləşdirmişik. Bu hücumlar davam edir və səhiyyə üçün risklər yaradır" deyib.