Gəncədə birmərtəbəli ev yanıb

22:26 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində yanğın hadiqəsi qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 81