Gəncədə çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

13:37 06.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri, N. Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Oxunma sayı 28