Gəncədə dəm qazından zəhərlənənlərin son durumu

12:20 13.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.

Bu barədə hafta.az-a TƏBİB-dən məlumat verilib.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.

 

Xatırladaq ki, Gəncədə bir ailənin beş üzvü dəm qazından zəhərlənib.