Gəncədə ər arvadını bıçaqladı

17:49 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1993-cü il təvəllüdlü B.Seyidova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.