Gəncədə məktəb distant tədrisə keçib

14:24 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə məktəb koronavirusa yoluxma səbəbindən distant tədrisə keçib.

Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev xəbər verib. Onun sözlərinə görə, Gəncə şəhər 4 nömrəli Mehdi Mehdizadə adına tam orta məktəbin 5 şagirdi və 6 müəlliminin COVID-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən məktəbdə dərslərin 1 həftə distant formada keçirilməsinə qərar verilib.