Gəncədə sərnişin avtobusunun aşmasının anbaan görüntüsü -VİDEO

21:20 23.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu dərəyə yuvarlanıb. Yaralıların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Hafta.az  Gəncədə sərnişin avtobusunun aşmasının anbaan görüntüsünü təqdim edir:

 

 
Qeyd edək ki, TƏBİB-in yaydığı məlumata görə, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.