Gəncədə yataqxana binasında yanğın

09:38 27.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, qonşu mənzillər yanğından mühafizə olunub.

 

"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.