Gəncədə zəncirvari QƏZA

11:40 11.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə üç avtomobilin zəncirvari toqquşması nəticəsində iki nəfər xəsarət alıb. 

Bizim.media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, şadlıq saraylarından birinin yaxınlığında baş verib.

Hərəkətdə olan “Mercedes-Benz”, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü X.Abdullayev və 1989-cu il təvəllüdlü N.Məmmədova xəsarət alıblar. 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin stabil olduğu bildirilir.