Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi yeni layihəyə start verdi

10:49 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübi bacarıq və vərdişlərin formalaşması layihəsinin həyata keçirilməsinə start verilib.

01 fevral 2022-ci il tarixində Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı ilə   “Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübi bacarıq və vərdişlərin formalaşması layihəsinin həyata keçirilməsinə start verib.

Layihənin məqsədi həssas kateqoriyaya aid işsiz gənclərə peşəyönümlü sənət öyrətmək, maarifləndirici sosial dəstək verməkdir. Gənclərin peşə təhsilinə, zəruri ixtisaslara yiyələnmələri və onların ictimai faydalı, məhsuldar əməyə cəlb edilmələri üçün şərait yaradmaqdır. Gənclər sağlam həyat tərzi sürəcək, zərərli vərdişlərdən və fəaliyyətlərdən uzaq duracaqlar bununla da, gələcək məşğulluqlarını təmin etmək üçün imkanlar əldə edəcəklər.